Qoşul

Smart TV Plus şirkətinin xidmətlərinə göstərdiyiniz marağa görə təşəkkürümüzü bildiririk. Müraciətiniz üçün formu tam doldurmanızı xahiş edirik.

Efir yayım xüsusiyyətləri

SD – HD yayımdan nisbətən zəif, analoq yayımdan isə daha üstün xidmətlər təklif edən bir efir yayım sistemidir. Ümumiyyətlə SD yayım normalda Analoq yayım ilə eyniləşdirilir, lakin müqayisədə daha yüksək keyfiyyətli efir həlləri təklif edən rəqəmsal televiziya yayım sistemidir. ATSC standardına göre SD üç formatda yayım xidmətinə malikdir : Efir uzunluq və genişliyinin göstəricilərinin nisbəti 16:9 və görüntü imkanları 704x480 ölçülərində, ikinci 4: 3 və görüntü imkanları 704x480, son olaraq 4: 3 nisbət və görüntü imkanları 640x480' ölçülərində olan formatlar.

HD - ənənəvi TV yayım standartlarından daha yüksək dəqiqlik təmin edən yayım standartıdır. Böyük ekranlı TV-lərin və yüksək keyfiyyətli proyektorların çoxalması ilə ənənəvi SDTV (Standard Definition TV) keyfiyyəti qeyri-kafi qalmağa başlamışdır. Belə bir dövrdə isə ən optimal seçim HD format yayım xidmətləridiri. Mükəmməl HD keyfiyyətdə efir xidmətlərini əldə etmək üçün müvafiq HD məzmun ötürən xüsusi texniki vasitələrə ehtiyyac vardır. Bu qaynaqların bir qisimi bu şəkildədir: Hava ilə ötürülən siqnalla təmin edilən yayım; peyk vasitəsilə təmin edilən; blu-ray pleyerlər, xüsusi converter və mikrochiplər, həmçinin HDMİ çıxışlı kompüterlərdə isə bir adapterlə HD yayımı təmin etmək mümkündür. HD Yayım 720P-1080i intervalında genişlik və uzunluğunun nisbəti 16:9 olan yüksək keyfiyyətli efir yayımı təklfi etməkdədir.

4K – daha bilinən adı Ultra HD mövcud nəşr və məzmunların sahib olduğu ən yüksək həllolma əmsalıdır. 4K format yüksək keyfiyyətli yayımla xidmət verən HD formatlarından minimal 4 dəfə daha artıq pikselli yayım təqdim etməkdədir. Və beliklə də 4K- Ultra HD bu piksel üstünlükləri sayəsində ənənəvi 1080p HD yayımdan daha üstün, daha canlı və təmiz yayım xüsusiyyətlərilə ciddi fərqə malikdir. 4K – üfüqi istiqamətdə 4.000 və şaqulidə isə 2.000 pikselə sahib olmaqla, 1080p-nin tam 4 qatı daha artıq həllolma dəqiqliyi təqdim edir.